Kiyevdəki Amerika evi BAĞLANDI

Hazırda oxunan: Kiyevdəki Amerika evi BAĞLANDI

233623

ABŞ-ın Kiyevdəki səfirliyindəki Amerika evi fəaliyyətini müvəqqəti dayandırıb.

Bizim.Media “forbes.ua”ya istinadla xəbər verir ki, Amerika Evi ABŞ-ın Ukraynadakı səfirliyi vasitəsilə IREX beynəlxalq ictimai təşkilatı tərəfindən idarə olunur. 

Amerika evi həmçinin USAID proqramlarının həyata keçirilməsində iştirak edir.

Qeyd edək ki, Kiyevdə müvəqqəti bağlanan Amerika Evi 2015-ci ildə yaradılıb. Amerika Evi ABŞ-ın Ukraynadakı maraqlarının təbliği, mədəni əlaqələr qurulması, bacarıqların artırılması üzrə seminarlar, incəsənət və mədəniyyət, Ukrayna islahatları və siyasəti və ingilis dili proqramları üzrə tədbirlər təşkil edir.

Xatırladaq ki, yanvarın 20-də, andiçmə mərasimindən dərhal sonra ABŞ prezidenti Donald Tramp USAID-in təşəbbüslərini 90 gün müddətinə dondurub. Fevralın 3-də isə ABŞ Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask USAİD-in ləğvi prosesinin başlandığını elan etdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin