Malayziyalı kişi ağlamaq yarışmasında BİRİNCİ OLDU

Hazırda oxunan: Malayziyalı kişi ağlamaq yarışmasında BİRİNCİ OLDU

233614

Malayziyada bir kişi ağlama yarışmasında qalib olub və pul qazanıb.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, qeyri-adi yarışma 150 dollarlıq baş mükafatı Vakaf Baru adlı şəxsin qazanması ilə başa çatıb.

Müsabiqənin final mərhələsində kişi ağlamaq sənətində öz məharətini nümayiş etdirərək digər üç iştirakçını qabaqlayıb. Tədbirin təşkilatçısı Məhəmməd Nur Amin Çe Nor Asri bildirib ki, müsabiqə 25 nəfərin iştirak etdiyi ilkin mərhələlərlə başlayıb, lakin yalnız dörd nəfər finala vəsiqə qazanıb.

Müsabiqənin sosial şəbəkələrdə yayımlanan videosu bir milyona yaxın baxış toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin