İran BMT Baş Assambleyasında səs vermək hüququndan məhrum edildi

Hazırda oxunan: İran BMT Baş Assambleyasında səs vermək hüququndan məhrum edildi

23349

İran və Mərkəzi Afrika Respublikası (MAR) təşkilata borcu ödənilmədiyi üçün BMT Baş Assambleyasında səs vermək hüququndan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Guterresin Baş Assambleyanın sədri Volcan Bozkıra yazdığı məktubda deyilir:

"Bu anda beş üzv ölkə BMT Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcludur.

Həmin ölkələr Baş Assambleyada səs verə bilməzlər. Ödəmənin gecikməsinin dövlətin nəzarətindən kənar vəziyyətlərə görə baş verdiyini hansısa ölkə sübut edərsə, səs verməyə icazə veriləcək. Borclu ölkələrin siyahısına MAR, İran, San Tome və Prinsipi, Komor adaları və Somali daxildir”. 

Guterresin məktubunda qeyd olunur ki, İran təşkilatın büdcəsinə 16.251.298 dollar, MAR-a isə 29.395 dollar borcunu ödəməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin