Ukraynaya humanitar yardım sabah yola salınacaq

Hazırda oxunan: Ukraynaya humanitar yardım sabah yola salınacaq

233474

Sabah Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası yola salınacaq.

Bizim.Media xəbər verir ki, humanitar yardım əsasən elektrik avadanlıqlardan ibarət olacaq.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.

Eyni zamanda, həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ukraynalı uşaqlar tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin