ABŞ-ın yeni ədliyyə naziri bu şəxs OLACAQ

Hazırda oxunan: ABŞ-ın yeni ədliyyə naziri bu şəxs OLACAQ

233441

ABŞ Ali Məhkəməsinin üzvü Klarens Tomas Pem Bondini ölkənin yeni ədliyyə naziri - baş prokuror kimi and içdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evin Oval kabinetində keçirilib.

"Düşünürəm ki, o, mümkün qədər qərəzsiz olacaq", - Amerika lideri vurğulayıb.
 

Xatırladaq ki, Senat fevralın 4-də Bondini yeni ədliyyə naziri kimi təsdiqləyib. Tramp keçmiş konqresmen Mett Qets bu vəzifə uğrunda mübarizədən imtina etdikdən sonra Bondinin namizədliyini irəli sürüb. Bondi Florida və Stetson universitetlərində təhsil alıb.


O, Florida ştatının baş prokuroru vəzifəsində çalışan ilk qadın olub və bu vəzifəni 2011-2019-cu illər arasında tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin