Argentina prezidenti Xavyer Miley ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Manuel Adorni məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
ÜST Azərbaycana TƏŞƏKKÜR ETDİ
Onun sözlərinə görə, qərar keçmiş prezident Alberto Fernandezin administrasiyası zamanı ortaya çıxan səhiyyə idarəçiliyindəki qanunsuzluqlara əsaslanır.
Bildirilib ki, X. Miley ABŞ-dən nümunə götürərək bu addımı atıb.
Qeyd edək ki, prezident Donald Tramp andiçmə mərasimindən sonra ilk rəsmi aktlarından birində ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb. Tramp buna səbəb kimi təşkilatın 2020-ci ildə Çinin Uhan şəhərində yaranan COVID-19 pandemiyası və digər qlobal sağlamlıq böhranları zamanı zəif fəaliyyətini göstərib.
Bizim.Media