“Suriya hökuməti ilə necə əlaqə qurula biləcəyi nəzərdən keçirilr və İran hələlik buna tələsmir”.
Bizim.Media ISNA-ya istinadən xəbər verir ki, bunu Suriya ilə siyasi və diplomatik əlaqələrin bərpası mövzusuna toxunan İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
“Biz Suriyadakı prosesləri izləyirik və bu ölkədə baş verənlərin müəyyən forma almasını çox səbirlə gözləyirik. İran, ilk növbədə, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması, xarici işğalçıların ölkədən çıxarılmasının tərəfdarıdır. Biz Suriyada xalqın maraqlarına cavab verən hökumətin yaradılmasında da maraqlıyıq. Onlarla mütləq əlaqələr quracağıq, ancaq hələlik hər şey müzakirə mərhələsindədir”, - deyə Abbas Əraqçı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:44 / 05.02.2025
İran XİN: “Suriya ilə münasibətləri bərpa etməyə tələsmirik”
Hazırda oxunan: İran XİN: “Suriya ilə münasibətləri bərpa etməyə tələsmirik”
Hazırda oxunan: İran XİN: “Suriya ilə münasibətləri bərpa etməyə tələsmirik”
233384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.