“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Mask Tailandda subasma baş verən mağarada qalmış uşaqların xilas edilməsi əməliyyatının iştirakçısı, britaniyalı dalğıc Vern Unsuortdan üzr istəyib.
xa0
Daha əvvəl U. Unsuortu pedofil adlandıran E. Mask “Twitter”də üzrxahlığını dilə gətirib: “Onun mənə qarşı hərəkətləri mənim ona qarşı hərəkətimə haqq qazandırmır. Ona görə də mən Unsuort və təmsil etdiyim şirkətlərdən üzr istəyirəm. Bu, yalnız mənim günahımdır”.
xa0
E. Mask britaniyalı dayverin onun xoş niyyətinin təcəssümü olan mini-submarinası haqqında qeyri-korrekt ifadələrdən istifadə etməsindən qəzəbləndiyini söyləyib.
xa0
Qeyd edək ki, “Tesla”nın investorları E. Maskı V. Unsuortdan üzr istəməyə çağırıblar. “Unsuort ilə replika mübadiləsi hər cür sərhədi aşdı. Sənin davranışın sənin idarəçiliyin haqqında qeyri-məhsuldar qavrayışa səbəb olur”, - deyə investorların E. Maska məktubunda bildirilib.
xa0
Xatırladaq ki, Tailandda uşaq futbol komandasının üzvləri məşqçi ilə birlikdə iyunun 23-də itkin düşüb. Onların Txam Luanq mağarasına daxil olduqları və qəflətən başlayan leysan nəticəsinə əmələ gələn sel nəticəsində orada köməksiz vəziyyətdə qaldıqları müəyyənləşib. Sel suları mağaraya dolub və giriş-çıxışı bağlayıb. Bundan sonra xilasetmə əməliyyatı başlayıb. E. Mask xilasetmə əməliyyatı üçün operativ şəkildə mini-submarina hazırlatdırıb. Lakin Vern Unsuort onun icadını PR gedişi adlandırıb və bu aparatın lazımsız olduğunu bildirib. Cavabında E. Mask onu pedofil adlandıran “tvit” artıb və qısa müddət xa0sonra bu “tvit”i silib.(İKT.lent.az)
































































































