Rusiya hərbçiləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzinə ballistik raket zərbəsi endirib. Hücum nəticəsində çoxlu sayda ölən və yaralanan var.
Bizim.Media xəbər verir ki, Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, raket inzibati binaya düşüb.
Yaxınlıqdakı daha bir inzibati binaya, həmçinin çoxmərtəbəli yaşayış binalarına, xüsusən də beşmərtəbəli binaya ziyan dəyib. “Bu ərazidə heç bir hərbi obyekt yoxdur”, -deyə Sinequbov bildirib.
İzyum şəhərinin meri Valeri Marçenkonun yerli mətbuata verdiyi məlumata görə, söhbət insanların işlədiyi binalardan gedir. Bunlar vergi, sosial təminat və xəzinə idarələridir.
Son məlumatlara görə, İzyuma hücum nəticəsində ümumilikdə 5 nəfər ölüb. Onların arasında iki qadın və iki kişi də var. Xilasedicilər dağıntılar altından bəzi cəsədləri çıxarıblar. Qurbanların hamısı mülki şəxslərdir və onların şəxsiyyəti müəyyənləşdirilir.
Daha 38 nəfər xəsarət alıb, 7 sakin xəstəxanaya yerləşdirilib. Onların arasında qəlpə yarası alan 15 yaşlı qızın vəziyyəti orta ağır qiymətləndirilir. Daha üç nəfər əməliyyat otağındadır və həkimlər bütün lazımi yardımları göstərirlər.
Qurbanların sayı ilə bağlı məlumatlar daim yenilənir və buna görə də rəqəmlər arta bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:23 / 04.02.2025
Rusiya Ukraynanın İzyum şəhərinə zərbə endirdi: Ölən və yaralanan var - FOTO/VİDEO
Hazırda oxunan: Rusiya Ukraynanın İzyum şəhərinə zərbə endirdi: Ölən və yaralanan var - FOTO/VİDEO
Hazırda oxunan: Rusiya Ukraynanın İzyum şəhərinə zərbə endirdi: Ölən və yaralanan var - FOTO/VİDEO
233229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.