TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib

Hazırda oxunan: TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib

233227

Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb.

Bizim.Media bu barədə TANAP konsorsiuma istinadən xəbər verir.

"Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir", - konsorsium bildirir.

Xatırladaq ki, 2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 850 kilometr uzunluğunda olan TANAP Türkiyə ərazisindən keçərək “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropa istehlakçılarına çatdırır.

Onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetr təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin