NATO-nun sabiq rəhbəri Yens Stoltenberq Norveçin maliyyə naziri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.
Qeyd olunub ki, onun təyinatını Norveç hökuməti təsdiq edib.
Qeyd edək ki, Yens Stoltenberq 1990-cı ildə Norveçin Ətraf Mühit Nazirliyinin dövlət katibi vəzifəsini tutub. 2000-ci ildə o, Norveç tarixində ən gənc baş nazir olub (41 yaş). 2014-cü ildə NATO-nun baş katibi seçilib. Ötən il oktyabrın 1-də postunu tərk edib. Onu bu vəzifədə Niderlandın keçmiş baş naziri Mark Rutte əvəzləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:58 / 04.02.2025
Stoltenberq Norveçin maliyyə naziri təyin edildi
Hazırda oxunan: Stoltenberq Norveçin maliyyə naziri təyin edildi
Hazırda oxunan: Stoltenberq Norveçin maliyyə naziri təyin edildi
233195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.