Avropanın 27 ölkəsi HƏRƏKƏTƏ KEÇDİ - Hansı təhlükə var?

Hazırda oxunan: Avropanın 27 ölkəsi HƏRƏKƏTƏ KEÇDİ - Hansı təhlükə var?

233134

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi qitədə müdafiə potensialının artırılması üçün yeni strategiya hazırlanmasına qərar veriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Kosta Brüsseldə keçirilən qeyri-rəsmi sammitdən sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Kosta bildirib ki, Avropa Komissiyası yaxın aylarda müdafiə sahəsində xərclərin artırılması və daha effektiv idarə olunması ilə bağlı təkliflər hazırlayıb təqdim edəcək.

Sözügedən sənəd iyun ayında təşkil olunacaq sammitdə liderlərin müzakirəsinə çıxarılacaq.

“Üzv dövlətlər müdafiəyə daha çox maliyyə ayırmağın və bu vəsaitlərin səmərəli istifadə edilməsinin zəruri olduğunu qəbul ediblər,” - deyə, Kosta vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin