Lavrov MDB ölkələrinin səfirlərini QƏBUL ETDİ

Hazırda oxunan: Lavrov MDB ölkələrinin səfirlərini QƏBUL ETDİ

233074

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.

Bu barədə Bizim.Media-ya Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə MDB-nin baş katibi Sergey Lebedev də iştirak edib.

Görüş çərçivəsində xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticarət sahəsində, iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. İştirakçılar cari qlobal və regional problemlər, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi kontekstində fikir mübadiləsi aparıblar.

İclasda Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin