Arestoviçdən ŞOK AÇIQLAMA: "Ukrayna müharibədə uduzub"

Hazırda oxunan: Arestoviçdən ŞOK AÇIQLAMA: "Ukrayna müharibədə uduzub"

233028

"Ukrayna müharibədə uduzub, reallığı etiraf etməyin vaxtıdır".

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, döyüş mövqelərində dayanmağa çalışmaq, ərazi çağırış mərkəzlərində islahatlar aparmaq və ya ordu hazırlığını təkmilləşdirmək mənasızdır:

"Bu, artıq kömək etməyəcək. Atəşkəs zərurətini inkar etmək də vəziyyəti dəyişməyəcək. Ölkədə mütləq seçkilər keçiriləcək".

Arestoviçin fikrincə, Donald Tramp Kiyevin mövqeyini nəzərə almadan Vladimir Putin və Si Cinpinlə birbaşa danışıqlar aparacaq. 

Eyni zamanda, o, hesab edir ki, Ukrayna qarşılıqlı nifrət və dözümsüzlük cəmiyyətinə çevrilib:

"Burada hamı özünü haqlı hesab edir, lakin heç kim məğlubiyyətə görə məsuliyyəti boynuna almaq istəmir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin