Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən qərargahı Amerika administrasiyasının qərarı ilə bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, agentliyin lövhəsi Vaşinqtonda Ronald Reyqan binasında yerləşən agentliyin baş ofisindən götürülüb.
Milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) agentliyin həssas məlumatları ehtiva edən bütün kompüter sistemlərinə nəzarəti ələ keçirib.
Konqresin Tədqiqat Xidmətinin məlumatına görə, USAİD-in keçən il təxminən 40 milyard dollar vəsaiti olub.
Bizim.Media