ABŞ-lı iş adamı İlon Mask USAID-i “ölməsi lazım olan” cinayətkar təşkilat adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, X-də yazıb.
Onun sözlərinə görə, USAID Amerikaya nifrət edən solçu marksistlərin ilan yuvasıdır.
Xatırladaq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyidir, əsasən mülki xarici yardım və inkişaf köməyin idarə edilməsinə cavabdehdir.
27 milyard dollardan çox büdcə ilə USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edir – mütləq dollar ifadəsində dünyada ən yüksəkdir.
Bizim.Media