Türkiyənin Muğla şəhərində 95 hotel bağlandı

Hazırda oxunan: Türkiyənin Muğla şəhərində 95 hotel bağlandı

232904

Türkiyənin Muğla şəhərində 95 hotel qanun pozuntularına görə bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
 

Məlumata görə, 503 mehmanxana və yerləşdirmə obyektinə baxış keçirilib, onlardan 95-i qanun pozuntularına görə bağlanıb və çatışmazlıqlar aradan qaldırılana qədər möhürlənib, 392-si fəaliyyətini davam etdirib.


Kartalkaya dağ-xizək kurortunda baş verən faciədən sonra Türkiyə hotellərində yoxlamalar aparılır.

Xatırladaq ki, yanvarın 21-də “Grand Kartal” hotelində baş verən yanğında 78 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin