Ərdoğan: "Müxalifətimizə fikir verməyin, 222 il də gözləyə bilərlər”

Hazırda oxunan: Ərdoğan: "Müxalifətimizə fikir verməyin, 222 il də gözləyə bilərlər”

232902

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən partiya qurultayında iştirak edib.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir, dövlət başçısı tədbirdə çıxış edərək partiyanın gələcək planlarını açıqlayıb.

O bildirib ki, 2028-ci ildə keçiriləcək növbəti bələdiyyə seçkisində Ədalət və İnkişaf Partiyası səslərin 50 faizini qazanmağı hədəfləyir.

"Yenə 50 faiz səs hədəfinə çatmaq istəyirik. Bu hədəfə çatmaq üçün sizdən böyük işlər gözləyirik. Ən böyük iş komanda şəklində çalışmaqdır. Müxalifətimizə fikir verməyin. 22 ildən artıqdır ki, bu zehniyyətlə davam edirlər. Əgər bu cür edərlərsə, 222 il də gözləyə bilərlər", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin