Poltavada ölənlərin sayı 14 nəfərə çatdı - VİDEO

Hazırda oxunan: Poltavada ölənlərin sayı 14 nəfərə çatdı - VİDEO

232886

Fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukraina” Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti və vilayət hərbi administrasiyası yayıb.

Məlumata görə, qismən dağılmış beşmərtəbəli binanın dağıntıları altından daha bir neçə meyit çıxarılıb. Ölənlər arasında iki uşaq var.

Bundan başqa, qurumun məlumatına görə, raket hücumu nəticəsində 17 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. FVDX əməkdaşları 22 nəfəri xilas ediblər. Raket zərbəsi yerində axtarış işləri davam edir.

Əvvəllər yeddi nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, fevralın 1-də Rusiya qüvvələri Ukraynaya 123 dron və 42 müxtəlif növ raket buraxmaqla kombinə edilmiş zərbə endirib. Poltavada raket beşmərtəbəli binaya düşüb, nəticədə bütöv bir giriş dağılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin