Türkiyə aeroportları bu proqramla təchiz edildi - YENİ TEXNOLOGİYA - VİDEO

Hazırda oxunan: Türkiyə aeroportları bu proqramla təchiz edildi - YENİ TEXNOLOGİYA - VİDEO

232874

Türkiyənin yerli imkanlarla təkmilləşdirdiyi hava nəqliyyatının görüntüləmə proqramı - İnteraktiv Radar Analizi və Data ekranı (İRADE) ölkənin Atatürk və Çukurova aeroportlarında istifadəyə verilib. Yeni sistem ilk dəfə ötən ilin noyabr ayında İstanbul və Muğla Dalaman hava limanlarında tətbiq olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Qeyd edilib ki, Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) tərəfindən təkmilləşdirilən yeni sistemin Trabzon, Antalya, Milas-Bodrum və Adnan Menderes aeroportlarında da qurulumu üçün işlərə start verilib və bu ilin ilk yarısında tamamlanması gözlənilir.

Nazir daha az resursla daha effektiv işləyərək, daha sürətli nəticələr verən İRADE-nin ölkənin xaricdən asılılığını azaltdığını və hər gün inkişaf edən, böyüyən aviasiya sənayesi ilə tam inteqrasiyanı təmin etdiyini bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin