Egey dənizində Türkiyə vaxtı ilə saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.
Qeyd edək ki, dünən bir neçə saat ərzində Egey dənizində ən şiddətlisi 4,4 bal gücündə bir neçə təkan qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:34 / 02.02.2025
Egey dənizində zəlzələ oldu
Hazırda oxunan: Egey dənizində zəlzələ oldu
Hazırda oxunan: Egey dənizində zəlzələ oldu
232864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.