Ərəb Şurasından Türkiyəyə AĞIR ZƏRBƏ – DETALLAR

Hazırda oxunan: Ərəb Şurasından Türkiyəyə AĞIR ZƏRBƏ – DETALLAR

23274

Yalançı “erməni soyqırımı”nın 106-cı ildönümündə Avstraliya Ərəb Şurası federal hökuməti erməni, assuriya və yunan soyqırımlarını tanımağa çağıran çoxsaylı təşkilatlara qatılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Armenpress agentliyi yayıb.

Avstraliyanın Erməni Milli Komitəsi Baş nazir Skott Morrisona yazdığı məktubda deyilir:

"Biz Avstraliyanı “erməni soyqırımı”nı tanıyan çoxsaylı ölkələrə qoşulmağa çağırırıq”.

“Ay Data”nın Avstraliya Komitəsinin İcraçı Direktoru Ayk Kayseryan Avstraliya Ərəb Şurasına minnətdarlığını bildirib: “Erməni-Avstraliya icması inanır ki, səsiniz ədalət çağırışlarımızı gücləndirəcək”.

Xatırladaq ki, Avstraliya Ərəb Şurası Yaxın Şərqin 22 ölkəsindən Avstraliyada məskunlaşan vətəndaşlarının maraqlarını təmsil edən müstəqil ictimai təşkilatdır.

Məqsədi sosial ədaləti təbliğ etmək və icmada yer alan ən həssas təbəqələrin həyatını yaxşılaşdırmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin