Komissiya YARADILDI: Saakaşvilinin fəaliyyəti araşdırılacaq

Hazırda oxunan: Komissiya YARADILDI: Saakaşvilinin fəaliyyəti araşdırılacaq

232709

Gürcüstan parlamentində eks-prezident Mixail Saakaşvilinin 2003-2012-ci illərdəki fəaliyyətini araşdırmaq üçün komissiya yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə mediasında məlumatlar yayılıb.

Bildirilib ki, gələn həftə yaradılması planlaşdırılan komissiya 6 ay fəaliyyət göstərəcək və bu müddət ərzində hazırda həbsdə olan Saakaşvilinin işini araşdıracaq.

Qeyd edək ki, Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gedib.

Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyasına başladığını elan edib.

Noyabrın 8-də yaxınlarının və vəkillərinin razılığı olmadan Rustavi şəhərindəki həbsxanadan Tbilisidəki həbsxana xəstəxanasına (Qldani rayonu) köçürülüb. Noyabrın 20-də Saakaşvili Qori şəhərindəki hərbi hospitala köçürülüb və burada aclıq aksiyasını dayandırıb. 2022-ci il mayın 12-də Mixail Saakaşvili hazırda qaldığı Tbilisidəki "Vivamed" mülki klinikasına yerləşdirilib.

Gürcüstanda Saakaşvili bir neçə cinayət işi üzrə məhkəmə prosesindən keçir. O, öz həbsini qanunsuz, ona qarşı irəli sürülən ittihamları isə saxta hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin