Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti TAPILDI

Hazırda oxunan: Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti TAPILDI

232574

Təcili xidmətlərin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin meyitini aşkar ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb. 

Ehtimal olunur ki, həlak olanların hamısının qalıqları tapılıb. 

Qeyd edək ki, ötən gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonun Ronald Reyqan hava limanı ərazisində qəzaya uğrayıb. 
 

Göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb. 


Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin