Vaşinqtonda sərnişin təyyarəsinin helikopterlə toqquşması nəticəsində 30-dan çox insan həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.
Bildirilib ki, ölənlərin meyiti təyyarənin düşdüyü Potomak çayından çıxarılıb. Xilasetmə əməliyyatı davam edir.
Xatırladaq ki, bu gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonunda qəzaya uğrayıb.
Göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda Ronald Reyqan hava limanına eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb.
Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:57 / 30.01.2025
ABŞ-da təyyarə qəzasında ölənlərin sayı 30-u KEÇDİ
Hazırda oxunan: ABŞ-da təyyarə qəzasında ölənlərin sayı 30-u KEÇDİ
Hazırda oxunan: ABŞ-da təyyarə qəzasında ölənlərin sayı 30-u KEÇDİ
232476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.