ABŞ-da qəzaya düşən təyyarədə dünya çempionları da olub – FOTO

Hazırda oxunan: ABŞ-da qəzaya düşən təyyarədə dünya çempionları da olub – FOTO

232444

Vaşinqton səmasında qəzaya uğrayan "Bombardier" təyyarəsinin göyərtəsində azı 14 konkisürən olub.

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı fiqurlu konkisürən Con Maravilla "RIA Novosti"yə məlumat verib.

İdmançının özü də qəzada ölən konkisürənlər kimi Viçitada (Kanzas) keçirilən ABŞ Fiqurlu Konkisürmə Çempionatında iştirak edib, lakin başqa reyslə Vaşinqtona qayıtmağı planlaşdırıb.

Daha sonra “TASS” agentliyi məlumat yayıb ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya milli komandasının tərkibində fiqurlu konkisürmə üzrə dünya çempionları olan Yevgeniya Şişkova və Vadim Naumov da olub.

Qeyd edək ki, bu gün “American Airlines” şirkətinin təyyarəsi Vaşinqtonun Ronald Reyqan hava limanı ərazisində qəzaya uğrayıb.

Göyərtəsində 60 sərnişinin olduğu “Bombardier” sərnişin təyyarəsi Kanzas ştatının Viçita şəhərindən havaya qalxaraq Vaşinqtonda eniş edərkən hərbi helikopterlə toqquşub. Bundan sonra təyyarə çaya düşüb.

Aviaşirkət təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvünün olduğunu təsdiqləyib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin