Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ

Hazırda oxunan: Dünyanın ən varlı adamları son sutkada on milyardlarla dollar İTİRDİ

232395

Dünyanın ən varlı adamları sərvəti son sutkada on milyardlarla dollar azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilir ki, ən böyük itkiləri 9,3 milyard dollar dəyərində LVMH şirkətlər qrupunun sahibi Bernard Arno, 6,3 milyard dollar dəyərində “Nvidia” şirkətinin baş direktoru Censen Huan və 3,8 milyard dollar dəyərində ABŞ-ın yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri, “Tesla” və “SpaceX”in sahibi Elon Mask olub. İlk beşliyə 2,3 milyard dollar itki ilə “Oracle” şirkətinin sahibi Larri Ellison və 2,2 milyard dollar itki ilə “L'Oreal” şirkətinin sahibi Fransua Betankur Meyer daxildir.

Maliyyə itkilərinin əsas səbəbi süni intellekt və yüksək brendlərlə əlaqəli şirkətlərin səhmlərinin kəskin azalması ilə bağlıdır. “Tesla”nın itkiləri (5,2 faiz) “Cybertruck” avtomobilinin istehsalındakı gecikmələrlə əlaqələndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin