"Boluda (Türkiyə) yerləşən dağ-xizək kurortunun otelində baş vermiş yanğınla əlaqədar 28 nəfər saxlanılıb".
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Faciənin hərtərəfli şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün biz zəruri məhkəmə araşdırmalarının başlanılmasını təmin etmişik. Səkkiz baş müstəntiq istintaqı diqqətli şəkildə davam etdirir”, - deyə Türkiyəli lider bildirib.
Ərdoğanın sözlərinə görə, saxlanılanlardan 19 nəfər, o cümlədən, otelin sahibi və işlər müdiri barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbs olunublar. Türkiyəli prezident bildirib ki, otelin administrasiyası bu risklərə hazır olmayıb və yanğın ehtimalını nəzərə almayıb.
Qeyd edək ki, Yanvarın 21-də “Kartalkaya” kurortunun otelində baş vermiş yanğın zamanı binada 237 nəfər olub. Onlarından 78 nəfəri həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:14 / 29.01.2025
Ərdoğan: "Bolu otelindəki yanğına görə 28 nəfər TUTULUB" - VİDEO
Hazırda oxunan: Ərdoğan: "Bolu otelindəki yanğına görə 28 nəfər TUTULUB" - VİDEO
Hazırda oxunan: Ərdoğan: "Bolu otelindəki yanğına görə 28 nəfər TUTULUB" - VİDEO
232304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.