Qazaxıstanda təyyarə quş dəstəsi ilə toqquşdu – FOTO

Hazırda oxunan: Qazaxıstanda təyyarə quş dəstəsi ilə toqquşdu – FOTO

232153

Yanvarın 26-da Qazaxıstanın "FlyArystan" aviaşirkətinə məxsus təyyarə Uralskdan havaya qalxarkən quş dəstəsi ilə toqquşub.

Bizim.Media xəbər verir ki, bu barədə "Air Astana"nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sistemlərin və mühərriklərin işində heç bir nasazlıq olmadığı üçün ekipaj uçuşu davam etdirmək qərarına gəlib və təhlükəsiz şəkildə Astanada eniş edib.

Enişdən sonra mütəxəssislər yoxlamalar aparıb, o cümlədən quşların qalıqlarını tapıblar. Uralskda təkrar hadisələrin qarşısını almaq üçün quşların növünü müəyyən etmək üçün bu nümunələr analizə göndəriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin