Kiyev yaxınlığında yerləşən retro avtomobillər muzeyi gecə saatlarında rusların dron hücumu nəticəsində ciddi zərər görüb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, hücum zamanı muzeyin anqarında saxlanılan 9 qiymətli avtomobil tamamilə məhv olub, daha 27 avtomobil isə ciddi şəkildə zədələnib.
Muzeydə saxlanılan bu avtomobillər bir neçə onillikdən bəri kolleksiya olaraq toplanmış nadir və qiymətli eksponatlardır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:46 / 28.01.2025
Rusiya dronu Kiyevdə retro avtomobillər muzeyini dağıtdı - FOTO/VİDEO
Hazırda oxunan: Rusiya dronu Kiyevdə retro avtomobillər muzeyini dağıtdı - FOTO/VİDEO
Hazırda oxunan: Rusiya dronu Kiyevdə retro avtomobillər muzeyini dağıtdı - FOTO/VİDEO
232087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.