ABŞ-da “Dəmir günbəz” qurulur - Trampdan FƏRMAN

Hazırda oxunan: ABŞ-da “Dəmir günbəz” qurulur - Trampdan FƏRMAN

232050

ABŞ Prezidenti Donald Tramp “Dəmir günbəz” raket əleyhinə milli müdafiə sisteminin qurulması haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəd Floridadan Merilend ştatına uçuş zamanı imzalanıb.

Qeyd edək ki, yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.

“Mən hərbiçilərimizə tam şəkildə ABŞ-də istehsal olunacaq böyük “Dəmir günbəz” raketdən müdafiə qalxanının hazırlanmasına başlamaq əmrini verəcəyəm”, – o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin