Lotu Qulinin avtoritet dostuna hökm oxundu - FOTO

Hazırda oxunan: Lotu Qulinin avtoritet dostuna hökm oxundu - FOTO

231935

Yanvarın 27-də Almatıda yanvar hadisələri ilə bağlı müasir Qazaxıstan tarixində ən səs-küylü işlərdən biri üzrə hökm elan edilib. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, əsas müttəhimlər arasında Dikiy Arman kimi tanınan Arman Cumaqeldiyev və Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Ruslan İskakov var.

Məhkumların əksəriyyəti qısamüddətli cəza alıb və cəzalarını çəkdikdən sonra azadlığa çıxıblar.

Ümumilikdə 40 nəfər bir ildən 15 il altı aya qədər həbs cəzası alıb. İş üzrə əsas təqsirləndirilən şəxslərə gəlincə, məhkəmə onların təqsirli bilinərək cəzalandırılmasına qərar verib:

• Arman Cumaqeldiyev – 20 il müddətinə azadlıqdan məhrum edilib;

• Milli Təhlükəsizlik Komitəsinin 5-ci idarəsinin keçmiş rəisi Ruslan İskakov – 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə;

• keçmiş maliyyə polisi agenti Talqat Maxatov – 15 il həbs;

• keçmiş deputat və iş adamı Kayrat Kudayberqen – səkkiz il müddətinə azadlıqdan məhrum edilib;

• jurnalist Berdax Berdimuratov – yeddi il həbs.

Xatırladaq ki, Dikiy Arman Antalyada qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın dostu kimi tanınır.

2022-ci il yanvarın 7-də Qazaxıstanın Daxili İşlər Nazirliyi kriminal avtoritet Dikiy Armanın Almatıda həbs edilməsi barədə məlumat yayıb. Arman Cumaqeldiyevlə yanaşı, onun qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfər saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, Diky Arman yanvar iğtişaşları zamanı insanları oğurlayıb.

2023-cü il yanvarın 5-də Qazaxıstanın baş prokuroru Berik Asılov Məclisdəki iclasda çıxış edərək, Arman Cumaqeldiyevin yanvar iğtişaşları zamanı Milli Təhlükəsizlik Komitəsinin kuratorunun koordinasiyası ilə hərəkət etdiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin