Kolumbiya prezidenti ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan etdi

Hazırda oxunan: Kolumbiya prezidenti ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan etdi

231839

Kolumbiya prezidenti Qustavo Petro deportasiya edilən kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enməsini qadağan edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşmamalıdır. Kolumbiyalı miqrantları daşıyan Şimali Amerika təyyarələrinin ərazimizə daxil olmasına icazə vermirəm. Biz miqrantları qəbul etməzdən əvvəl ABŞ-da onlara layiqli rəftar qaydaları olmalıdır, - deyə o vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin