Yanğında həlak olanların ailələrini təhqir edənlər TUTULDU

Hazırda oxunan: Yanğında həlak olanların ailələrini təhqir edənlər TUTULDU

231821

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğında həyatını itirən vətəndaşların yaxınlarına zəng edərək çirkin və əxlaqsız sözlər işlədən 3 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

“Millətimizin ağrısını heç kim ələ sala bilməz. Buna cəhd edənlər təkcə xalqımızın vicdanında deyil, qanunlar qarşısında da mühakimə olunacaq”, - nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 21-i baş verən yanğında ümumilikdə 78 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin