Lukaşenko prezident seçkiləri ilə bağlı Aİ-nin bəyanatını pislədi - VİDEO

Hazırda oxunan: Lukaşenko prezident seçkiləri ilə bağlı Aİ-nin bəyanatını pislədi - VİDEO

231796

Belarusun hazırkı lideri Aleksandr Lukaşenko ölkədə keçirilən prezident seçkilərində səs verib.

Bizim.Media BELTA-ya istinadla xəbər verir ki, dövlət başçısı və seçkilərdə namizəd olan Lukaşenko ənənəvi olaraq Minskdə Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
 

“Əgər kimə səs verdiyimi soruşmaq istəyirsənsə, sənə səmimi etiraf etməliyəm - hamı üçün!” – deyə o, jurnalistlərin kimə səs verməsi ilə bağlı sualını cavablandırıb.


Lukaşenko onu da bildirib ki, Aİ-də Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı bəyanat Qərbin önündə “sürünməkdir”: “Bu, Vaşinqtondakı böyük qardaşların qarşısında “quyruq bulamaqdır”. Əgər siz həqiqətən də seçkilərə belə prinsipial yanaşırsınızsa, onlara Amerika seçkiləri haqqında nəsə deyin. Qorxuludur”.

Bundan başqa, Lukaşenkonun sözlərinə görə, Belarus hakimiyyəti heç kimi ölkədən qovmayıb, gedənlər qayıda bilər, bunun üçün müvafiq mexanizm var: “Bəziləri həbsxana seçdi, bəziləri sürgün seçdi, amma biz heç kimi ölkədən qovmadıq. Üstəlik, biz ölkəni açmışıq və mən artıq beş dəfə demişəm ki, hamıya qayıtmaq şansı veriləcək...”

Onun fikrincə, Trampın gəlişi ilə problemlər Belarusda deyil, Avropada olacaq. Prezident hesab edir ki, Avropada onlar artıq Trampın qələbəsindən sonra vəziyyətdən çıxış yolu tapmaq üçün “ilan kimi qıvrılırlar”.

Qeyd edək ki, ölkənin Mərkəzi Seçki Komissiyasının saat 10:00-a olan məlumatına görə Belarusda seçici fəallığı 47,56 faiz təşkil edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin