İran öz proksi qüvvələrinə ABŞ və ya regional müttəfiqləri tərəfindən təcavüzkar kimi qiymətləndirilə biləcək təxribatçı hərəkətlərdən çəkinməyi əmr edib. Səbəbi Trampın Ağ Evə qayıtmasından sonra Tehranın ekzistensial təhlükədən narahatlığıdır.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.
Mümkün sui-qəsdlərdən qorxu o qədər böyükdür ki, İranın Ali Lideri Əli Xamenei keçən həftəsonu Tehranda güllələnən iki hakimin dəfn mərasimində zirehli gödəkçədə görünüb. Mənbələr bildirir ki, İranmeyilli qüvvələrə birbaşa ABŞ obyektlərinə hücum etməmək, əgər hücum etsələr, İran silahlarından istifadə etməmək əmri verilib.
Tehran həmçinin uzunmüddətli müttəfiqi olan Rusiyadan dəstək axtarır. Mövcud məlumatlara görə, İran Prezidenti Məsud Pezeşkian yanvarın 17-də Vladimir Putin ilə görüşü zamanı Rusiya hava hücumundan müdafiə sistemlərinin İrana tədarükü məsələsində israr edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:55 / 26.01.2025
İran öz proksi qüvvələrinə ABŞ-a qarşı təxribatdan çəkinməyi əmr etdi
Hazırda oxunan: İran öz proksi qüvvələrinə ABŞ-a qarşı təxribatdan çəkinməyi əmr etdi
Hazırda oxunan: İran öz proksi qüvvələrinə ABŞ-a qarşı təxribatdan çəkinməyi əmr etdi
231781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.