Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) iki polisi 48 saat intervalla intihar ediblər.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) polisi Levallua-Perretdə (Hauts-de-Seine) iş yerində intihar edib. Rəsmi mənbələrə görə, onun cəsədi müəssisənin parkinqində aşkar edilib. Həmin şəxsin xidməti silahından istifadə etdiyi ehtimal olunur.
Mətbuatın verdiyi məlumata görə, prokurorluq bu faciə ilə bağlı dəqiq məlumatları müəyyən etmək üçün ölümün səbəblərinə dair araşdırmanı Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edib.
Qeyd edək ki, iki gün əvvəl də DGSI-nin başqa bir əməkdaşının cəsədi Bulony-Bilankurdakı mənzilində aşkar edilib. Həmin əməkdaşın da odlu silahdan istifadə etdiyi bildirilir. İntihar kimi görünən bu ölüm halları oxşar olduğu üçün hər iki araşdırma Daxili Təhlükəsizlik Baş Müfəttişliyinə həvalə edilib.
Fransada hər il polis orqanlarında intihar halları narahatedici problem olaraq qalır və bu, hakimiyyəti psixoloji dəstək sistemlərini gücləndirməyə məcbur edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:40 / 26.01.2025
Fransada 48 saat ərzində iki polis intihar edib
Hazırda oxunan: Fransada 48 saat ərzində iki polis intihar edib
Hazırda oxunan: Fransada 48 saat ərzində iki polis intihar edib
231780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.