İran prezidenti Məsud Pezeşkian vilayət turları çərçivəsində səfərdə olduğu Xuzistanda problemlərin həlli üçün türk atalar sözlərindən istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın rəsmi xəbər agentliyi İRNA yayıb.
Mənbə qeyd edir ki, Pezeşkian əsasən ərəblərin yaşadığı Xuzistan bölgəsində məktəbin təməlqoyma mərasimində iştirak edib.
İran türkü olan və çıxışında türk atalar sözündən istifadə edən Pezeşkian bu sözləri deyib: “Türk dilində belə bir deyim var: “Oğul şüurlu olsa, babasının malını nə edər? Oğul şüursuz olarsa, babasının malını nə edər”. Ağıllı olsa, istədiyini edər, istədiyinə sahib olar. Əgər ağılsız olsa, əlində olanı məhv edər. Uşaqlarımıza, gələcək nəsillərə şüur və bilik verməliyik”, deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:26 / 26.01.2025
Pezeşkian iranlılara türkcə xitab etdi: “Ağıllı olmalıyıq” - VİDEO
Hazırda oxunan: Pezeşkian iranlılara türkcə xitab etdi: “Ağıllı olmalıyıq” - VİDEO
Hazırda oxunan: Pezeşkian iranlılara türkcə xitab etdi: “Ağıllı olmalıyıq” - VİDEO
231769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.