Kanada tamamilə ABŞ-dan asılıdır və buna görə də suveren dövlət ola bilməz.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat xidmətinin jurnalistləri ilə söhbətində bildirib.
Onun sözlərinə görə, ABŞ hər il Kanadada 250 milyard dollar itirir.
"Mən bunu bir gündə dayandıra bilərdim və Kanada (müstəqil - red) ölkə kimi mövcud olmazdı", - Tramp deyib.
Tramp iddia edib ki, Kanada ABŞ-dan illər boyu öz xeyrinə istifadə edib. "Biz bunun baş verməsinə imkan verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz", - ABŞ Prezidenti əlavə edib.
Tramp əvvəllər də Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasının lehinə çıxış edib, ona bu halda hərbi və digər üstünlüklər vəd edib. Kanada rəsmiləri, o cümlədən Baş nazir Castin Trüdo bunun heç vaxt baş verməyəcəyini iddia ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:23 / 26.01.2025
Kanada suveren dövlət ola bilməz - Tramp
Hazırda oxunan: Kanada suveren dövlət ola bilməz - Tramp
Hazırda oxunan: Kanada suveren dövlət ola bilməz - Tramp
231754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.