ABŞ Blinkenin Lukaşenko ilə bağlı bəyanatını sildi – FOTO

Hazırda oxunan: ABŞ Blinkenin Lukaşenko ilə bağlı bəyanatını sildi – FOTO

231545

ABŞ Dövlət Departamenti keçmiş dövlət katibi Entoni Blinkenin Belarusda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanatını rəsmi saytından silib. 

Bizim.Media xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb. 

Bəyanatın əvvəllər dərc edildiyi səhifədə indi “Narahatlığa görə üzr istəyirik” mesaj göstərilir. Belarusdakı seçkiləri pisləyən mətnin özü silinib. 

Qeyd edək ki, Bayden administrasiyası dövründə ABŞ dövlət katibi vəzifəsində çalışmış Entoni Blinken keçən həftə Belarusda keçiriləcək prezident seçkilərinin şəffaf keçəcəyinə inanmadığını və onları “yanlış” hesab etdiyini söyləmişdi. 

Belarus prezidenti Aleksandr Lukaşenko daha əvvəl demişdi ki, o, hakimiyyəti sakitcə yeni nəslə ötürmək üçün hər şeyi etməyə hazırdır. 

Xatırladaq ki, Belarusda növbəti prezident seçkisi 26 yanvar 2025-ci ildə keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin