SON DƏQİQƏ: Rusiyada internet ÇÖKDÜ

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiyada internet ÇÖKDÜ

231536

Yanvarın 24-də səhər saatlarında Rusiyada mobil operatorların və internet xidmətlərinin işində irimiqyaslı fasilə yaranıb. 

Bizim.Media xəbər verir ki, rusiyalı istifadəçilər mobil operatorlardakı problemlərdən kütləvi şəkildə şikayət edirlər.

Belə ki, MTS, “Beeline”, “Megafon”, “T2” və “Yota” mobil provayderlərinin abunəçiləri internetə daxil ola bilmirlər. Ölkənin ən böyük provayderi “Rostelecom”da da internet verilişi fasilələrlə işləyir. 

Bundan əlavə, bir çox istifadəçi “Telegram”, “WhatsApp”, “Viber”, “Steam” və “Twitch”ə daxil olmaqda problem yaşayır. Üstəlik, VTB və “T-Bank” banklarının müraciətləri açılmır.

“Megafon” mobil provayderi məsələ bağlı açıqlamasında problemin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib. “VimpelCom” isə şəbəkənin normal işlədiyini lakin “Telegram”a daxil olmaqda çətinliklərin olduğunu deyib. “T2” mobil rabitə xidmətlərinin mövcudluğu ilə bağlı heç bir problem qeydə almadıqlarını bildirib. MTS isə şərh verməkdən imtina edib. 

Qeyd edək ki, sözügedən problem son üç həftə ərzində Rusiyada baş verən üçüncü hadisədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin