Zelenski GÜNAHKAR ROLUNDA – Qərb alqışlarla qarşıladığı şəxsi antiqəhrəmana ÇEVİRİR...

Hazırda oxunan: Zelenski GÜNAHKAR ROLUNDA – Qərb alqışlarla qarşıladığı şəxsi antiqəhrəmana ÇEVİRİR...

231531

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin günahkarı kimi bu ölkənin Prezidenti Volodimir Zelenskini hədəf göstərib. Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin həllinə dair razılaşmanı pozub.

Ağ Evin yeni sahibinin sözlərinə görə, Ukrayna tərəfi hərbi əməliyyatlar keçirmək istəyib:

“Ona görə də saziş bağlanmayıb. İndi Zelenski hər şeyi həll etmək istəyir. Biz razılaşa bilərdik, amma Zelenski mələk deyil. O, döyüşmək qərarına gəldi. O, müharibənin başlamasına imkan verməməli idi”.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski üçün SON AKKORDLAR – Ukraynalılar Zalujnını hakimiyyətə ÇAĞIRIR...



Qeyd edək ki, Tramp bu açıqlaması ilə Moskva ilə Kiyev arasında 2022-ci ilin əvvəlində Türkiyənin vasitəçiliyilə əldə edilən razılaşmanın pozulduğunu bəyan edir. Hansı ki, Qərbin, xüsusən də Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonun Kiyevə gəlişi və Ukraynaya dəstək verəcəyini vəd etdikdən sonra Zelenski Moskva ilə razılaşmadan imtina edib.

Trampın Zelenskini müharibənin başlanmasında günahkar bilməsilə Qərbə güvənən daha bir lider antiqəhrəmana çevrilir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Qərb imperalizminin yalançı siyasətinin təsir və təzahürlərini dünya çoxdan dərk edib:

“Ukraynada baş verən hadisələrə qədər də Qərb bir çox fərqli coğrafiyalarda özünün məkirli və təhlükəli planlarını həyata keçirməyə çalışıb. Düşünürəm ki, bütün bunlar Ukrayna Prezidenti Zelenski üçün əsla özündə sürprizi ehtiva etmir və edə də bilməz. Ukrayna hadisələri baş verənə qədər istər Gürcüstan ssenarisi, istərsə də, Sorosun dünyaya yaymaq istədiyi rəngli inqilablar məsələsi Kiyevə bəlli idi”.

“ABŞ-ın geri addım atacağı bəlli idi”

Politoloq qeyd edir ki, Zelenskinin ötən ilin ikinci yarısından verdiyi açıqlamalardan artıq Ukrayna rəhbərliyinin də Qərbə olan etibarının sıfır səviyyəsinə düşdüyünü görürük:


“Ona görə də Zelenski artıq boş-boşuna Rusiya ilə münaqişədə pozitiv yekunun əldə edilməsinə çağırışlar etmir. O baxımdan Trampın ABŞ-da qalib gəlməsindən sonra Amerikanın Ukraynaya yardım məsələsində geri addım atacağı artıq bəlli idi. Bunun tezis və təməli çox uzun müddət bundan əvvəl atılıb. Artıq aydın şəkildə görürük ki, Tramp verdiyi ilk açıqlamalarında Vaşinqtonun əvvəlki kimi Ukraynanı dəstəkləməyəcəyini açıq formada ifadə edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin