Türkiyədəki yanğının ilkin səbəbi AÇIQLANDI - Mətbəxdə başlayıbmış... - FOTO

Hazırda oxunan: Türkiyədəki yanğının ilkin səbəbi AÇIQLANDI - Mətbəxdə başlayıbmış... - FOTO

231500

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurort mərkəzinin “Grand Kartal” otelində baş vermiş yanğının səbəbi açıqlanıb. 
 
Bizim.Media xəbər verir ki, bu barədə Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin hazırladığı ilkin hesabatda bildirilib. 
 
Məlumata görə, yanğının otelin 4-cü mərtəbəsində yerləşən restoranda başladığı müəyyən edilib: 
 
“Otel əməkdaşlarının və hadisə şahidlərinin ifadələri və tərəfimizdən aparılan araşdırmalar nəticəsində yanğının 4-cü mərtəbədə yerləşən mətbəx/restoran hissəsində başladığı müəyyən edilib". 
 

Məlumatda qeyd edilib ki, yanğınla bağlı ilk xəbərdarlıq saat 03.30-da daxil olub və yanğınsöndürmə briqadaları 11 texnika və 30 canlı qüvvə ilə yola çıxdıqdan sonra 42 kilometr yol qət edərək saat 04.24-də hadisə yerinə çatıblar. 



Həmçinin binaya külli miqdarda ziyan dəydiyi üçün yanğının qəsdən törədilməsinə dair hər hansı dəlil tapılmadığı bildirilib. Yanğının səbəbi ekspertiza tərəfindən də qiymətləndiriləcək. 
Xatırladaq ki, dəhşətli yanğında 78 nəfər həyatını itirib. Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı aparılan araşdırmalar nəticəsində 9 nəfərin saxlanıldığını açıqlayıb. 


 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin