Amerikalı jurnalist Makronun arvadının kişi olduğunu sübut edəcək - BU TARİXDƏ

Hazırda oxunan: Amerikalı jurnalist Makronun arvadının kişi olduğunu sübut edəcək - BU TARİXDƏ

231457

Amerikalı jurnalist Kendis Ouens (Candace Owens) Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi doğulduğunu təsdiqləyən dəlilləri dərc etmək niyyətində olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, Ouens özünün X hesabında Bricit Makronun qadın doğulmadığını təsdiqləyən materialları yanvarın 30-da yayımlayacağını qeyd edib.
 

Jurnalist prezident Makrona üz tutaraq araşdırmasının nəticələrini dərc etməzdən əvvəl ondan Bricitin bioloji qadın, yoxsa kişi olduğuna dürüst cavab verməsini xahiş edib, həmçinin birinci xanımın gəncliyində çəkilmiş fotosunu təqdim etməyi xahiş edib.


O vurğulayıb ki, Makronun özündən 24 yaş böyük olan müəllimi Bricitlə münasibətə başlayanda cəmi 15 yaşı olub. Bununla belə, Ouens qeyd edib ki, Bricitin məktəb və ya kollec həyatı ilə bağlı heç bir dəlil yoxdur. O, dostlarını fotoları onunla paylaşmağa təşviq edib.

Qeyd edək ki, daha əvvəllər Ouens Makron ailəsinin vəkilləri tərəfindən təqib edildiyini iddia etmişdi, lakin ABŞ-də söz azadlığının mövcud olduğunu və fransız hüquqşünasların onu susdurmaq iqtidarında olmadıqlarını açıq şəkildə elan etmişdi.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Makronun həyat yoldaşının transseksual olduğunu iddia edən iki qadın “ictimai böhtan”a görə 500 avro cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin