Tramp “fast food” restoranlarının keçmiş direktorunu səfir təyin etdi – FOTO

Hazırda oxunan: Tramp “fast food” restoranlarının keçmiş direktorunu səfir təyin etdi – FOTO

231369

ABŞ prezidenti Donald Tramp “Carl's Jr” və “Hardee's” “fast food” şəbəkələrinin keçmiş rəhbəri Endryu Puzderi ölkənin Avropa İttifaqındakı səfiri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “TruthSocial”da məlumat verib. Tramın sözlərinə görə, Endryu Puzder 2000-ci ildən “Carl's Jr” və “Hardee's” beynəlxalq restoranlar şəbəkələrinin ana şirkəti olan “CKE Restaurants”ın baş direktoru olub və uğurlu vəkil, iş adamı və yazardır.

Qeyd edək ki, 2017-ci ildə Donald Trampın birinci prezidentlik müddətinin əvvəlində Endryu Puzder əmək naziri təyin edilib. Lakin o, hələ vəzifəyə başlamazdan əvvəl istefa vermək məcburiyyətində qalıb. Buna səbəb isə bir sıra qalmaqallarda adının hallanması olub.

Belə ki, o, etiraf edib ki, bir neçə il evini təmizləmək üçün qanunsuz miqrantları işə götürüb.

Bununla yanaşı keçmiş həyat yoldaşı da onu məişət zorakılığında ittiham edib, daha sonra isə ifadələrindən geri çəkilib. Həmçinin Missuridə vəkil olduğu müddətdə Endryu Puzder qadınların abort hüququna qarşı çıxan yerli hərəkatda nüfuzlu şəxs olub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin