Türkiyədə bələdiyyə sədrinə silahlı hücum - ANBAANVİDEO

Hazırda oxunan: Türkiyədə bələdiyyə sədrinə silahlı hücum - ANBAANVİDEO

231359

Türkiyənin Adana şəhərində içində bələdiyyə işçilərinin olduğu avtomobilə silahlı hücum edilib. Avtomobildə İmamoğlu bələdiyyəsinin sədri Kasım Karaköse də olub.

Bu barədə Bizim.Media "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, hadisə Fatih Sultan Mehmet Bulvarında baş verib. İddiaya əsasən, işdən çıxarılan keçmiş bələdiyyə işçisi buna görə günahkar bildiyi Benal Karagöz adlı digər işçinin olduğu avtomobilə tapança ilə atəş açıb.

Silahlı hücum zamanı xəsarət alan olmayıb. Hadisədə əli olduğu iddia edilən şübhəli şəxs Kozan rayonunda polis tərəfindən saxlanılıb. Bələdiyyə sədri Kasım Karaköse sosial media hesabından Benal Karagöz ilə birlikdə etdiyi canlı yayımda məsələyə dair açıqlama verib.

O, hücumu həyata keçirən şəxsin işə gəlmədiyinə dair hesabat hazırlandıqdan sonra fəaliyyətinə son verildiyini və buna görə heç kimin məsuliyyət daşımadığını bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin