Şənbə günü daha 4 israilli əsir azad ediləcək?

Hazırda oxunan: Şənbə günü daha 4 israilli əsir azad ediləcək?

231358

Fələstinin HƏMAS hərəkatı razılaşmaya əsasən qarşıdakı şənbə günü daha dörd israilli əsiri azad etməlidir.

Bizim.Media xəbər verir ki, “The Jerusalem Post” qəzeti bu barədə adları açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb. Təl-Əviv HƏMAS hərəkatından razılaşmanın ilk 42 günlük mərhələsində azad ediləcək girovların adlarının tam siyahısını və onların səhhəti ilə bağlı ətraflı məlumat verməsini gözləyir.

Bir həftə əvvəl əldə olunan razılaşmaya əsasən həmin siyahı atəşkəsin yeddinci günündə qarşı tərəfə təhvil verilməlidir.

Qeyd edək ki, yanvarın 15-də Qətərin paytaxtı Dohada HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs haqqında saziş imzalanıb.

Sazişin 42 gün davam edəcək birinci mərhələsi 2 min fələstinli girovun müqabilində 33 israilli əsirin azad edilməsini nəzərdə tutur. Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Taninin verdiyi açıqlamaya görə, HƏMAS və İsrail arasında razılaşmanın ikinci mərhələsi Qəzza sektorunun bərpasını əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin