Suriyanın İran və Rusiyaya 30 milyard dollar borcu var

Hazırda oxunan: Suriyanın İran və Rusiyaya 30 milyard dollar borcu var

231325

Suriyanın xarici işlər naziri Əsəd Həsən Əş-Şeybani ölkəsinin Bəşar Əsədin keçmiş müttəfiqləri olan İran və Rusiyaya 30 milyard dollar borcu olduğunu açıqlayıb.

Bizim.Media "Iran International" nəşrinə istinadən xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməzdən öncə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Nazir bildirib ki, hazırda yeni hökumət Bəşar Əsəd rejimi dövründə ölkəyə dəyən ziyanı müəyyənləşdirməyə çalışır. Əş-Şeybaninin sözlərinə görə, hazırda dövlət xəzinəsində kifayət qədər pul yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin