ABŞ-ın yeni Prezidenti Donald Tramp 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərində sui-qəsd zamanı onu qoruyan Şon Kurranı Məxfi Xidmətin yeni rəhbəri təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə məlumat verib. "Mən Şon Kurranın ABŞ Məxfi Xidmətinin növbəti direktoru vəzifəsinə namizədliyini irəli sürməkdən böyük şərəf duyuram"- deyə o yazıb. Trampın sözlərinə görə, Kurran 23 il hüquq-mühafizə sistemində çalışıb.
Onun karyerası 2001-ci ildə Məxfi Xidmətə qoşulduğu zaman başlayıb. Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batlerdə seçki mitinqi zamanı Trampa atəş açılıb.
O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan - 20 yaşlı amerikalı Tomas Mətyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib, onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:06 / 23.01.2025
Tramp həyatını xilas edən şəxsə yüksək vəzifə VERDİ - VİDEO
Hazırda oxunan: Tramp həyatını xilas edən şəxsə yüksək vəzifə VERDİ - VİDEO
Hazırda oxunan: Tramp həyatını xilas edən şəxsə yüksək vəzifə VERDİ - VİDEO
231305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.