“Əgər ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni dayandıra bilsə, ona abidə ucaltmaq lazım olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç “Blic”ə müsahibəsində deyib.
“Rusiya və Ukrayna kiçik ölkələr deyil və hər ikisi qərarın bu qədər asan qəbul edilməsi üçün həddən artıq çox insan itirib, amma Tramp buna nail olsa, hamımız ona abidə ucaltmalıyıq...
Mən onu (Trampı) dəstəkləyirəm, ümid edirəm ki, o, buna nail olacaq. Allah köməyi olsun”.
Bizim.Media